SIĞORTA

30 Noyabr

Azərbaycanda həyatın yaşam sığortası bazarı böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyatın yaşam sığortası üzrə 425,1 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,9% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 26,6% artaraq 249,9 milyon manat olub.

Fuad Mədətov
Fins.az