SIĞORTA

30 Noyabr

Azərbaycanda 15 sığorta şirkətinin ödənişləri artıb, 5-nin ödənişləri azalıb

Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 15-nin ödənişləri illik müqayisədə artıb, 5-nin ödənişləri azalıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Azərbaycan Sənaye Sığorta” ASC-dir. Bu şirkət 10 ay ərzində 30,639 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 7,4 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Atəşgah Sığorta” ASC-dir. Bu şirkətin ödənişləri 14,018 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 11,3% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında "Xalq Sığorta" ASC-dir və bu şirkət ötən 10 ayda 19,883 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 9,5% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Atasığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 46% azalaraq 2,691 milyon manata düşüb.

Fuad Mədətov
Fins.az