SIĞORTA

27 Noyabr

Azərbaycanda sığorta haqlarının 81%-i bu şirkətlərin payına düşür

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanılmış 1 019,745 milyon manat sığorta haqqının 825,141 milyon manatı və yaxud 80,9%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (437,184 milyon manat), "PAŞA Sığorta" (248,986 milyon manat), “Atəşgah Həyat Sığorta” (54,583 milyon manat), “Qala Sığorta” (50,337 milyon manat) və “Atəşgah Sığorta” (34,051 milyon manat) ASC-lərdir.

10 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Naxçıvan Sığorta” (2,316 milyon manat), "Meqa Həyat Sığorta" (3,937 milyon manat), “Günay Sığorta” (4,302 milyon manat), “Bakı Sığorta” (4,368 milyon manat)  və “Azsığorta” (7,188 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 22,111 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,2%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 172,493 milyon manat (16,9%) təşkil edib.

Fuad Mədətov
Fins.az