SIĞORTA

14 Noyabr

Azərbaycanda ümumi mülki məsuliyyətin sığortası bazarı böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi mülki məsuliyyətin sığortası üzrə 10,1 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur.  

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2,7 dəfə artaraq 0,1 milyon manat olub.

Fuad Mədətov
Fins.az