SIĞORTA

07 Noyabr

Azərbaycanda hava nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə yığımlar azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 4,9 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% azdır.   

Ötən 9 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə cəmi 15 min manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).

Fuad Mədətov
Fins.az