Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə 11,8 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 3,6 dəfə artaraq 0,8 milyon manat olub.
Fuad Mədətov
Fins.az