SIĞORTA

06 Noyabr

Azərbaycanda dəmiryol nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəmiryol nəqliyyatı vasitələrinin sığortası üzrə 33 min manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,9% azdır.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi olmayıb.

Fuad Mədətov
Fins.az