Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası üzrə 6,2 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,4% çoxdur.
Ötən 9 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə 0,1 milyon manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).
Fuad Mədətov
Fins.az