SIĞORTA

04 Noyabr

Azərbaycanda KASKO sığortası üzrə yığımlar və ödənişlər artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtonəqliyyat vasitələrinin (KASKO) sığortası üzrə 37,8 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 14,1% artaraq 14 milyon manat olub.

Fuad Mədətov
Fins.az