Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əmlakın yanğından sığortası üzrə 53,9 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 23,3 dəfə artaraq 27,6 milyon manat olub.
Fuad Mədətov
Fins.az