Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fərdi qəza və xəstəlik sığortası üzrə 3,1 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,7% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 28% azalaraq 0,1 milyon manat olub.
Fuad Mədətov
Fins.az