Aqrar sığorta sistemi ölkənin əkin ərazilərinin 96 faizini əhatə edir.
Fins.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış aqrar sığorta mexanizmi və Aqrar Sığorta Fondunun fəaliyyəti barədə KİV-lərin maarifləndirilməsi və 9 aylıq nəticələrin açıqlanması məqsədilə keçirilən görüşdə Fondunun sədr müavini Firdovsi Ağaşirinov deyib.
Onun sözlərinə görə, ölkə üzrə əkin ərazilərinin 25 faizdən yuxarı hissəsi sığortalıdır.
Qeyd edək ki, noyabrın 2-də "1 noyabr Kənd Təsərrüfatı İşçiləri Günü" münasibətilə Aqrar Sığorta Fondu, Kənd Təsərrüfatı Nazirliyi və Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən KİV nümaynədələri və jurnalistlər üçün aqrar sığorta təlimi keçirilib.
Fuad Mədətov
Fins.az