SIĞORTA

02 Noyabr

Aqrar Sığorta Fondunun ödədiyi kompensasiyanın həcmi artıb

Aqrar Sığorta Fondunun ödədiyi kompensasiyanın həcmi 2020-ci ildə 29 min manat, 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə isə 2,4 milyon manat olub.

Fins.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Firdovsi Ağaşirinov bildirib.

Onun sözlərinə görə, hər bir fermer yekunda məhsuldan xeyir götürmək istəyib, lakin havaların qeyri-sabit keçməsi nəticəsində fermer gözlədiyi gəlirdən məhrum olsalar da, sığortalı fermerlər ödənişlərini alıblar və ziyana düşməyiblər.

F.Ağaşirinov onu da vurğulayıb ki, bu il ölkədə havaların qeyri-sabit keçməsi ilə bağlı zərər çəkmiş fermerlərə 4 milyon manatdan çox kompensasiya ödəniləcək.

Fuad Mədətov
Fins.az