SIĞORTA

30 Oktyabr

Gələn il üçün adambaşına düşən icbari tibbi sığorta haqqının məbləği açıqlanıb

2024-cü ildə əhalinin adambaşına düşən icbari tibbi sığorta haqqı 122 manat 94 qəpik təşkil edəcək.

Fins.az xəbər verir ki, bu barədə “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsinin layihəsində adambaşına düşən icbari tibbi sığorta haqqı 122 manat 94 qəpik götürülüb ki, bu da 2023-cü ilin sonuna gözlənilən 9,5 faizlik istehlak qiymətlərinin indeksinə uyğun artırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.

Murad Abdullayev
Fins.az