SIĞORTA

27 Oktyabr

Azərbaycanda həyatın ölüm halından sığortası üzrə yığımlar 28,8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyatın ölüm halından sığortası üzrə 25,4 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,8% çoxdur.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 39,5% azalaraq 1,2 milyon manat olub.

Fuad Mədətov
Fins.az