Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyatın yaşam sığortası üzrə 389,8 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,4% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 26,2% artaraq 219,3 milyon manat olub.
Fuad Mədətov
Fins.az