Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 14-nün yığımları illik müqayisədə artıb, 6-nın isə yığımları azalıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Azərsığorta" ASC-dir. Bu şirkət 9 ay ərzində 26,678 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Naxçıvan Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 2,126 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 21,3% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “Xalq Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 43,4% azalaraq 17,094 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “A-Qrup Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 6,4% azalaraq 12,358 milyon manata düşüb.
Fuad Mədətov
Fins.az