Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 481,497 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 30,4% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 24,9% artaraq 223,047 milyon manata çatıb.
Hesabat dövründə könüllü sığorta növlərinin ödənişlərinin məbləği 320,151 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 29,7% çoxdur.
Fuad Mədətov
Fins.az