Oktyabrın 25-də Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Biləsuvar rayonunda Biləsuvar, Neftçala, Cəlilabad, Lənkəran rayonlarından olan vətəndaşları qəbul edib.
Fins.az xəbər verir ki, qəbulda vətəndaşların müracitələri əsasən aqrar sığorta haqlarının hesablanması və ödənişi, əkin subsidiyalarının ödənilməsi ilə bağlı olub.
Fermer və təsərrüfat nümayəndələri baş vermiş yanğın və təbiət hadisələri nəticəsində əkin sahələrinə dəyən zərərlərə görə sığorta ödənişlərinin verilməsi, əkin sahələrinin sığortalanması ilə bağlı Fond rəhbərliyinə suallar ünvanlayıblar.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı bildirilib ki, aqrar sığorta dövlət tərəfindən arqar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər. Qeyd olunub ki, son dövrlər baş verən təbiət hadisələri, o cümlədən sel və subasma halları bu mexanizmin vacibliyini bir daha təsdiqləyib. Fond rəhbəri fermerləri əkin sahələrini sığorta etməyə çağırıb.
Məhəbbət Məmmədov
Fins.az