SIĞORTA

28 Oktyabr

Azərbaycanda icbari sığorta 40,6% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 249,863 milyon manat sığorta haqqı toplanılıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 40,6% çoxdur.

Hesabat dövründə il ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği 11,7% artaraq 80,235 milyon manata çatıb.

Fuad Mədətov
Fins.az