Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 687,374 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 24,2% çoxdur.
Hesabat dövründə könüllü sığorta növlərinin ödənişlərinin məbləği 320,151 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 29,7% çoxdur.
Fuad Mədətov
Fins.az