28 ildən artıq sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2023-ci ilin üç rübünə olan nəticələri açıqlayıb.
Fins.az xəbər verir ki, bu ilin doqquz ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 12 358 038 AZN təşkil edib.
Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 7 367 692,49 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olmuşdur və keçən ilin hesabat dövrü ilə müqayisədə təxminən 1 milyon AZN artıb.
KASKO üzrə sığorta haqlarının həcmi 1 525 688 AZN təşkil edib və bu artım A-Qroup-un sabit müsbət dinamikasını nümayiş etdirir.
2023-ci ilin üçüncü rübünün ərzində A-Qroup-un sığortalıları 10 718 880 AZN məbləğində ödəniş almışlar. Orta hesabla, cari ilin 9 ayı ərzində A-Qroup şirkəti tərəfindən müştərilərə hər gün 40 000 AZN-dən çox pul ödənilib.
A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 28 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.