SIĞORTA

23 Oktyabr

Meqa Həyat Sığorta-nın yığımları artıb

Bu ilin yanvar-avqust aylarında “Meqa Həyat Sığorta” ASC 2,8 milyon manat sığorta haqqı toplayıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Son 1 ildə şirkətin sığorta ödənişi isə 2,7 dəfə artaraq 8 min manat olub.

Fuad Mədətov
Fins.az