SIĞORTA

23 Oktyabr

PAŞA Həyat Sığorta-nın yığımları 30% artıb

Bu ilin yanvar-avqust aylarında “PAŞA Həyat Sığorta” ASC 362,7 milyon manat sığorta haqqı toplayıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.

Son 1 ildə şirkətin sığorta ödənişi isə 24,4% artaraq 177,1 milyon manat olub.

Fuad Mədətov
Fins.az