SIĞORTA

12 Oktyabr

Azərbaycanda sürücülərin mülki məsuliyyətinin könüllü sığortası üzrə yığımlar artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə 1,7 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 83,4% çoxdur.  

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 50,4% azalaraq 23 min manat olub.

Fuad Mədətov
Fins.az