SIĞORTA

09 Oktyabr

Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar 40,7% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası üzrə 5,9 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,7% çoxdur.

Ötən 8 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə 0,1 milyon manat təşkil edib.

Fuad Mədətov
Fins.az