SIĞORTA

09 Oktyabr

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 2,7 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% çoxdur.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 85,4% artaraq 0,7 milyon manat olub.

Fuad Mədətov
Fins.az