Bu ilin yanvar-avqust aylarında Azərbaycanda avtonəqliyyat vasitələrinin (KASKO) sığortası üzrə 32,5 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,7% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 12,1% artaraq 12,1 milyon manat olub.
Fuad Mədətov
Fins.az