Bu ilin yanvar-avqust aylarında Azərbaycanda yük sığortası üzrə 4 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,6% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 4,9 dəfə artaraq 72 min manat olub.
Fuad Mədətov
Fins.az