Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əmlakın yanğından sığortası üzrə 46,9 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 15,1 dəfə artaraq 16,8 milyon manat olub.
Fuad Mədətov
Fins.az