SIĞORTA

02 Oktyabr

Əmək qabiliyyətinin sığortası üzrə 1,2 milyon manat sığorta haqqı toplanılıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əmək qabiliyyətinin sığortası üzrə 1,2 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45% çoxdur.  

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 62,3% artaraq 44 min manat olub.

Fuad Mədətov
Fins.az