SIĞORTA

02 Oktyabr

Həyatın ölüm halından sığortası üzrə yığımlar artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyatın ölüm halından sığortası üzrə 18,8 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% çoxdur.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 45,2% azalaraq 1 milyon manat olub.

Fuad Mədətov
Fins.az