SIĞORTA

26 Sentyabr

Azərbaycanda sığorta ödənişinin 82,5%-i 5 sığorta şirkətinin payına düşüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyata keçirilmiş 345,796 milyon manat sığorta ödənişinin 285,157 milyon manatı və yaxud 82,5%-i 5 sığorta şirkətinin payına düşüb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (177,122 milyon manat), “PAŞA Sığorta” (53,844 milyon manat), “Azərbaycan Sənaye Sığorta” (21,492 milyon manat), “Xalq Sığorta” (16,663 milyon manat) və “Atəşgah Həyat Sığorta” (16,036 milyon manat) ASC-lərdir.

8 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (8 min manat), “İpək Yolu Sığorta” (122 min manat), “Naxçıvan Sığorta” (624 min manat), “Xalq Həyat Sığorta” (1,017 milyon manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (1,287 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 3,058 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,9%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 57,581 milyon manat (16,6%) təşkil edib.

Fuad Mədətov
Fins.az