SIĞORTA

26 Sentyabr

Azərbaycanda sığorta haqlarının 684,959 milyon manatı 5 şirkətin payına düşür

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda toplanılmış 846,854 milyon manat sığorta haqqının 684,959 milyon manatı və yaxud 80,9%-i 5 sığorta şirkətinin payına düşüb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (362,661 milyon manat), "PAŞA Sığorta" (207,881 milyon manat), “Qala Sığorta” (44,161 milyon manat), “Atəşgah Həyat Sığorta” (43,595 milyon manat) və “Atəşgah Sığorta” (26,661 milyon manat) ASC-lərdir.

8 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Naxçıvan Sığorta” (1,938 milyon manat), "Meqa Həyat Sığorta" (2,784 milyon manat), “Bakı Sığorta” (3,715 milyon manat), “Günay Sığorta” (4,302 milyon manat) və “Azsığorta” (5,826 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 18,565 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,2%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 143,33 milyon manat (16,9%) təşkil edib.

Fuad Mədətov
Fins.az