SIĞORTA

25 Sentyabr

Azərbaycanın sığorta bazarı 29%-dan çox böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 846,854 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 29,3% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 345,796 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,9% çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,3 manat olub.

Fuad Mədətov
Fins.az