SIĞORTA

14 Sentyabr

“PAŞA Sığorta”nın yığımları 37%-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında “PAŞA Sığorta” ASC 188,9 milyon manat sığorta haqqı toplayıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,4% çoxdur.

Son 1 ildə şirkətin sığorta ödənişi isə 8,4% artaraq 45,1 milyon manat olub.

Fuad Mədətov
Fins.az