SIĞORTA

06 Sentyabr

Azərbaycanda 1 sığorta agentliyinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Progress-Sığorta Agentliyi” MMC-yə verdiyi sığorta agenti lisenziyasını ləğv edib.

Bu barədə Fins.az-a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar avqustun 30-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq ləğv olunub.