İlk Sığorta Festivalı çərçivəsində növbəti tədbir Lənkəranda baş tutub.
“Həyat sığorta ilə rahat” devizi ilə keçirilən “Sığorta Festivalı” bu dəfə Lənkəranda keçirilib.
Fins.az xəbər verir ki, tədbir müddətində müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular təşkil olunub. Həmçinin festival zamanı “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib.
Festivalda sığorta şirkətləri iştirak ediblər və tədbirin gedişində iştirakçılara yerində sığortalanmaq, sığorta şirkətlərinin xidmətləri barədə ətraflı məlumat almaq imkanı verlib.
Festivalın növbəti tədbiri 5 sentyabr tarixində saat 18:00-dan 21:00-dək Gədəbəy rayonu Heydər Əliyev Mərkəzinin önündə baş tutacaq.
Qeyd edək ki, Festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.
Fuad Mədətov
Fins.az