SIĞORTA

28 Avqust

Azərbaycanda həyatın ölüm halından sığortası bazarı 8% böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyatın ölüm halından sığortası üzrə 16,4 milyon manat sığorta haqqı toplanılıb. 

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% çoxdur.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 56,5% azalaraq 0,8 milyon manat olub.