SIĞORTA

28 Avqust

Azərbaycanda həyatın yaşam sığortası bazarı 38% böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyatın yaşam sığortası üzrə 319,6 milyon manat sığorta haqqı toplanılıb. 

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,5% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 26,9% artaraq 165,4 milyon manat olub.