Azərbaycan Mərkəzi Bankı (AMB) 3 fiziki şəxsə sığorta brokeri, 1 hüquqi şəxsə və 18 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
Fins.az AMB-yə istinadla xəbər verir ki, bununla bağlı qərar avqustun 24-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.