SIĞORTA

21 Avqust

Azərbaycanda həyat sığortası 32%, qeyri-həyat sığortası isə 30% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 388,383 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32% çoxdur.

Ötən 7 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 373,418 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,4% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 24,8% artaraq 167,737 milyon manata çatıb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 8% artaraq 115,24 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-iyul aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,2 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 30,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər ötən ilin eyni dövründə müvafiq olaraq 45,7 manat və 37,3 manat olub.