SIĞORTA

18 Avqust

Azərbaycanda könüllü sığorta 27%, icbari sığorta isə 43% artıb

2023-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 559 milyon 287 min manat, icbari sığorta növləri üzrə 202 milyon 513 min manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 27.5% və ya 120 milyon 577 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 42.8% və ya 60 milyon 723 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 18.5% artaraq 221 milyon 326 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 13.4% artaraq 61 milyon 651 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-iyul aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 39.6 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 7 ayında 42.5 manata bərabər olub. Bu ilin yanvar-iyul ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30.4 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 7 ayında 38.3 manata bərabər idi.