SIĞORTA

10 Avqust

Sərnişinlərin icbari fərdi qəza sığortası bazarı 45% kiçilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 48 min manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,3% azdır.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi olmayıb.