SIĞORTA

07 Avqust

Mərkəzi Bank 2 sığorta agentinin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.

Fins.az Azərtac-a istinadla xəbər verir ki, bu qərar avqustun 2-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar könüllü müraciət əsasında ləğv olunub.