Azərbaycan Mərkəzi Bankı (AMB) 2 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.
Fins.az xəbər verir ki, bu barədə tənzimləyici qurum məlumat yayıb.
Məlumata görə, bu qərar avqustun 2-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar könüllü müraciət əsasında ləğv olunub.
Fuad Mədətov
Fins.az