Bu ilin yanvar-iyun aylarında Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə 1,3 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 73,2% azalaraq 12 min manat olub.