SIĞORTA

04 Avqust

Azərbaycanda ümumi mülki məsuliyyətin sığortası bazarı cüzi kiçilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ümumi mülki məsuliyyətin sığortası üzrə 8 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azdır.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 5,4 dəfə artaraq 0,1 milyon manat olub.