Bu ilin yanvar-iyun aylarında Azərbaycanda hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 0,1 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 98,2% azdır.
Ötən 6 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə cəmi 2 min manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).
Leyla Fikrətqızı
Fins.az