SIĞORTA

03 Avqust

Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası bazarı 22% böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda su nəqliyyatı vasitələrinin sığortası üzrə 3,5 milyon manat sığorta haqqı toplanılıb. 

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% çoxdur.

Ötən 6 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə 0,1 milyon manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).